IV. Bakü Göktürkçe Öğreneği Türküstan'da

Daha önce yazdığım üzre, Bakü'de 4. öğreneğimizi bitirmiştik. Bu güzel gelişmeyi de bu yédigün çıkan Türküstan çavlığında (gazetesinde) géçmişler, sağolsunlar.


Bakıda daha bir Göytürk damğalarını öyrədən kurs başa çatdı. Belə ki, Türkiyənin Iğdır şəhərindən gələn Göybəy Uluç müəllim və Dilbər Vətənqızı tərəfindən təşkil olunmuş Göytürk damğalarını öyrədən kursa maraq yenə də böyük oldu. Ata –babalarımızın bizlərə miras qoyduğu bu əlifbada oxuyub yazmağı öyrənmək istəyən neçə -neçə gənclərimizin sayəsində olduqca maraqlı keçən kurs Bakıda dördüncü dəfə idi ki, keçirilir. Çox yox , sadəcə 6 dərsə gənclər damğaları yazıb oxumağı öyrəndilər və imtahan verərək daha bir şərəfli bacarığa yiyələnmiş oldular. Çoxsaylı xahişləri nəzərə alan Göybəy müəllim belə bir kursu ilk dəfə Iğdırda keçirmiş daha sonra Bakıda bu kursu davam etdirmişdir. Xatırladaq ki, bu tip kursa Türkiyədə də maraq getdikcə artmaqdadır. Önümüzdəki aylarda bu cür kursları Türkiyənin müxtəlif şəhərlərində keçirəcəyini də ümid edirik . Bu dəfəki kursun yeniliyi ondan ibarət oldu ki, daha öncəki Göytürkcə kursuna qatılan və kursu bitirən Dilbər Vətənqızının da bu kursda müəllim kimi çıxış etməsidir. Bu həftə kursu yüksək uğurla bitirən tələbələrə sertifikatlar təqdim edildi və üstəlik daha öncə bizim tərəfimizdən nəşr olunan Irk Bitig kitabını da sertifikat alan tələbələrə hədiyyə edildi.

Türkəm Dərsanəsində keçirilən dərslərə iştirak etmək və daha ətraflı məlumat almaq üçün kursla əlaqə saxlaya bilərsiniz.
Telefon: 0125983131 – Ünvan: Nizami küçəsi 123A (Rəşid Bəhbudov mahnı teatrının yanı)

Hiç yorum yok: